Mahirə Əmirhüseynova Şıx çimərliyində bu canlı ilə üzüzə qaldı, dəhşət yaşadı
Digərləri 15 Tem 2025 10:32:00 80 0
"İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası"nın sədri, XXI Əsrin Qadınları İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova Şıx çimərliyində ilan gördüyünü bildirib.
Bu haberi de oku: 8 kənd qazsız qalacaq Bu tarixdən...
Son.az xəbər verir ki, QHT sədri bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Dünən havanın istisinə sevincək olub Şıxov çimərliyinə üz tutduq. Çimərliyin bağlanmasına 2 saat qalmış, 6 nəfərə 180 manat verib tələm-tələsik dənizə qaçdıq. Millət hovuzda çimirdi, dənizdə isə bizdən başqa tək bir oğlan vardı. Biz 6 qadın... şok keçirdik... Dənizdə İradə xanımın qoluna ilan sarıldı. Təsəvvür edin, nə hala düşdük... Köməyə gələn oğlan ilanın başından tutub dənizdən çıxardı. Oğlan olmasaydı, qorxudan 6 meyit olmuşduq. Hələ də özümüzə gələ bilmirik. Qışqırmaqdan da səsimiz batıb.