Nazirliyi 14 ay çəkdi Putin onu vəzifəsindən uzaqlaşdırdı


Digərləri 07 Tem 2025 11:50:00 84 0

Nazirliyi 14 ay çəkdi  Putin onu vəzifəsindən uzaqlaşdırdı

Putin Rusiya nəqliyyat nazirini vəzifəsindən azad edib.

Rusiya Prezidenti Vladimir Putin nəqliyyat naziri Roman Starovoytun tutduğu vəzifədən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncam 7 iyul 2025-ci il tarixində qüvvəyə minib. Rəsmi səbəb açıqlanmasa da, Starovoyt ötən ilin mayında - təxminən 14 ay əvvəl nəqliyyat naziri təyin olunmuşdu. O, daha əvvəl Kursk vilayətinin qubernatoru və federal avtomobil yolları agentliyinin rəhbəri kimi çalışıb.

Hazırda onun yerinə təyinat olmayıb, lakin mediada sabiq Novqorod qubernatoru Andrey Nikitinin adı mümkün namizəd kimi çəkilir. Rusiya Nəqliyyat Nazirliyi ölkənin avtomobil, dəmiryolu, hava və dəniz nəqliyyatına cavabdeh olan əsas dövlət orqanıdır.