"Hyundai"nin bu modelində ciddi zavod qüsuru aşkarlandı Partlayış ola bilər VİDEO


Digərləri 07 Tem 2025 14:30:00 91 0

"Hyundai"nin bu modelində ciddi zavod qüsuru aşkarlandı  Partlayış ola bilər  VİDEO

"Hyundai"nin bu modelində ciddi zavod qüsuru aşkarlanıb.

Son.az bildirir ki, bu barədə Pərviz usta məlumat verib. Onun dediyinə görə bu şikayətlə onun yanına artıq 15-ci Hyundai Sonata modeli gətirilir. Hansı ki, benzin çəni deformasiyaya uğrayır, səsboğucunu, arxa oturacağı əyir. Onun dediyinə görə maşın bu vəziyyətdə sürülərsə partlayış riski böyükdür.

Usta bildirib ki, problem nə bizim ölkənin benzinindən, nə havasındandır. Problem birbaşa Amerika istehsalı olan "Hyundai Sonata"lardadır. O, bundan əvvəlki videolarda qeyd etmişdi ki, rəsmi dilerlərin satdığı və ya Avropa bazarından alınan "Hyundai Sonata"larda bu problem yaşanmır.

Pərviz usta qeyd edib ki, maşın Amerikadan məhz bu problemlə gəlib. O, partlayışın qarşısını almaq üçün vaxtında ustaya müraciət etmək lazım olduğunu bildirib.

Qeyd edək ki, benzin çəni əsasən ventilyasiya sistemində nasazlıq olduqda deformasiyaya uğrayır.

Son.az görüntüləri təqdim edir:

İslam Son.az