Əhaliyə şad XƏBƏR: bu borcları dövlət qaytaracaq
Digərləri 07 Tem 2025 12:30:00 84 0
"Milli Məclisdə "Dövlət borcu" haqqında Qanuna dəyişikliklər ikinci oxunuşda müzakirə edilərək qəbul olunub. Dəyişikliklərə əsasən, dövlət büdcəsindən verilən büdcə ssudalar geri qaytarıla bilməyəndə borc Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılacaq".
Bu haberi de oku: Bu şəxslər üçün gün eynəyi taxmaq TƏHLÜKƏLİDİR
Son.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, bu borclar geri qaytarıla bilinməyəndə onun büdcə hesabına ödənilməsi nəzərdə tutulur: "Belə ki, "Büdcə sistemi haqqında" Qanuna uyğun olaraq dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə büdcə ili ərzində ən geci verildiyi büdcə ilinin sonunadək qaytarılmalı olan büdcə ssudaları ayrılır.
Mövcud qanunvericiliyə əsasən dövlət büdcəsindən ayrılmış büdcə ssudalarının vaxtında geri qaytarılması həmin ssudanı alan təşkilatların öhdəliyindədir".