Natiq Cəfərlinin atası sağdır: vəziyyəti AÇIQLANDI


Digərləri 07 Tem 2025 12:40:00 84 0

Natiq Cəfərlinin atası sağdır: vəziyyəti AÇIQLANDI

Natiq Cəfərli Anews.az-a bildirib ki, ölümlə bağlı yayılan xəbər yalandır: "Atam komada vəziyyətindədir, amma ölməyib. Sadəcə vəziyyəti çox ağırdır".

Qeyd edək ki, N.Cəfərli ötən gün paylaşım edərək atasının vəziyyətinin ağır olduğunu bildirmişdi.

-------

11:49

Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərliyə ağır itki üz verib.

Son.az Operativ Media-ya istinadən xəbər verir ki, siyasətçinin atası Gürcüstanda yerləşdirildiyi xəstəxanada vəfat edib.

Qeyd edək ki, N.Cəfərli ötən gün paylaşım edərək atasının vəziyyətinin ağır olduğunu bildirmişdi.