Yer üzündə ilk "zombilər" nə vaxt peyda olublar? FOTO
Digərləri 07 Tem 2025 05:05:00 70 0
Tədqiqatçılar "zombi göbələyi" infeksiyasının ən qədim məlum nümunəsi olan kəhrəba qalıqlarını aşkar ediblər.
Bu haberi de oku: Şir zooparkdan qaçdı, kişini yaraladı FOTO
Son.az xəbər verir ki, bu barədə "IFLScience" məlumat yayıb.
Məlumata görə, qalıqlar təxminən 99 milyon yaşındadır. Bu o deməkdir ki, parazit göbələklər dinozavrlar dövründə çiçəkləniblər.
Milyonlarla il əvvəl bəzi böcəklər ağac şirəsinə yapışaraq orada qalıb, daşlaşıb və sonralar kəhrəba kimi tanınan maddə əmələ gətiriblər. İlk zombi isə öz qurbanlarının daxilinə nüfuz edən və onları canlı ölülərə çevirən göbələklər olub. Tapılan 99 milyon yaşlı nümunədə göbələk qarışqanın baş hissəsindən yetişərək boy verib və bu həşəratı faktiki olaraq zombiyə çevirib. /Oxu.Az