Şir zooparkdan qaçdı, kişini yaraladı FOTO


Digərləri 06 Tem 2025 18:35:00 79 0

Şir zooparkdan qaçdı, kişini yaraladı  FOTO

Türkiyənin Manavgat bölgəsində yerləşən "Land of Lions" adlı zooparkdan qaçan şir yerli sakinə hücum edib. Hadisə ötən gün səhər saatlarında qeydə alınıb.

Son.az xəbər verir ki, zooparkdan qaçan "Zeus" adlı kişi şir açıq havada dincələn 53 yaşlı kənd sakini Süleyman Kirə hücum edib. Şirin hücumu nəticəsində kişi baş və çiyin nahiyəsindən xəsarət alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb və vəziyyətinin sabit olduğu bildirilir.

Hadisə yerinə cəlb olunan təhlükəsizlik qüvvələri və dron dəstələri bir neçə saatlıq axtarışdan sonra şiri tapıb. Şir təhlükə yaratdığı üçün yerindəcə güllələnərək zərərsizləşdirilib.

Hazırda hadisənin necə baş verdiyi araşdırılır. Zoopark rəhbərliyi şirin qəfəsdən necə çıxdığı ilə bağlı hələlik açıqlama verməyib. Təhlükəsizlik tədbirlərinin zəifliyi ilə bağlı suallar isə gündəmə gəlib.