Sizi yolda qoya biləcək maşın problemləri
Digərləri 06 Tem 2025 20:48:00 76 0
Maşında bəzi texniki problemlər var ki, qəfil baş verdikdə sizi yolda qoya bilər.
Bu haberi de oku: Qız yataqxanasında biabırçılıq Vali işə qarışdı, qovuldular
Aşağıdakılar ən çox rast gəlinən və təhlükəli hallardır:
Benzin bitməsi
Ən sadə, amma çox rast gəlinən səbəblərdəndir. Yanacaq göstəricisi dəqiqliklə işləmədikdə sürücü məsafəni düzgün hesablaya bilmir və benzin bitə bilər.
Akumulyator problemi
Akumulyator zəifləyibsə və ya tam boşalıbsa, mühərrik işə düşməz. Soyuq havalarda daha tez-tez baş verir.
Alternator nasazlığı
Alternator düzgün işləmədikdə akumulyator dolmur. Bu da bir neçə saatlıq sürüşdən sonra avtomobilin tam sönməsinə səbəb olur.
Təkərin partlaması və ya deşilməsi
Təkərdə problem olduqda maşın idarəolunmaz vəziyyətə düşə bilər. Əgər ehtiyat təkər yoxdursa və ya alətlər yanınızda deyilsə, yolda qalmaq qaçılmazdır.
Radiator və soyutma sistemi nasazlığı
Mühərrik qızarsa və su sızarsa, sürməyə davam etmək mümkün olmaz. Bu, mühərrikə ciddi zərər verə bilər.
Vintilin (körük, klapan) sıradan çıxması
Xüsusilə dizel maşınlarda EGR klapan, turbonun aktuatoru və ya MAP sensor nasazlığı vəziyyəti ağırlaşdıra bilər. Mühərrik zəifləyə və ya ümumiyyətlə sönə bilər.
Kəmər və zəncir qırılması
Tayminq kəməri (və ya zənciri) qırılarsa, mühərrik zədələnə bilər. Bu zaman maşın dərhal dayanır və yol yardımına ehtiyac olur.
Yanacaq nasosu və ya filtrin tıxanması
Yanacaq düzgün gəlmədikdə avtomobil sürətlə sönə bilər. Filtr və nasosla bağlı problemlər dağlıq və ya uzun məsafəli yollar üçün risklidir.
Elektrik sistemində qısaqapanma
Elektrik naqillərində və ya beyin sistemində qəfil nasazlıq olarsa, maşın bloklana və ya ümumiyyətlə işləməyə bilər.
Sürətlər qutusunun sıradan çıxması
Xüsusilə avtomatik sürət qutularında qəfil zərbələr, yağsız qalmaq və ya elektron problem sürməyə imkan verməyə bilər.
Bu cür halların qarşısını almaq üçün maşını mütəmadi texniki baxışdan keçirmək, əsas hissələri yoxlatmaq və yol səfərlərinə hazır vəziyyətdə çıxmaq vacibdir.