Yaxşı qarpızı necə seçək?


Digərləri 04 Tem 2025 08:48:00 75 0

Yaxşı qarpızı necə seçək?

Yayda süfrələrin sevilən meyvəsi olan qarpız həm şirin, həm də sərinləşdirici xüsusiyyətinə görə çox seçilir. Ancaq yaxşı qarpız seçmək bəzən çətin ola bilər. Budur şirin, suyu bol və yetişmiş qarpızı seçmək üçün ən etibarlı üsullar:

Səthindəki sarı ləkəyə baxın Qarpızın bir tərəfindəki sarı ləkə onun torpaqla təmasda olduğu yeri göstərir.

Bu ləkə açıq sarı və ya tünd krem rəngidirsə, o deməkdir ki, qarpız bağda kifayət qədər qalaraq tam yetişib.

Əgər bu ləkə ağ və ya çox solğun rəngdədirsə, o qarpız tez yığılıb, yəni tam yetişməyib.

Barmaqla vurub dinləyin Qarpızın üstünə barmağınızla yüngül vurun.

Boş və kəskin səs gəlirsə - bu daxili suyun və şirinliyin göstəricisidir.

Əgər səs boğuq və ya mat gəlirsə, qarpız ya çox yetişib, ya da içi boşdur.

Çəkisinə və ölçüsünə diqqət edin Böyüklüyünə görə ağır olan qarpız daha yaxşıdır - çünki daxilində bol su var.

Əgər eyni ölçüdə iki qarpızdan biri digərindəndə ağırdırsa, onu seçin.

Xarici görünüş - ləkə, cızıq, forma Qarpız təmiz, cilalanmamış və təbii mat qabıqda olmalıdır.


Habere ait fotoğraflar