“Virus hələ də bizimlədir” – Səhiyyə Nazirliyi xəbərdarlıq edir


Digərləri 04 Tem 2025 15:15:00 83 0

“Virus hələ də bizimlədir” – Səhiyyə Nazirliyi xəbərdarlıq edir

Son günlər ölkədə qripə bənzər virus yayılır. Xəstəlik yüksək hərarət, boğazda ağrı və burun axması kimi özünü göstərir. Bəzi insanlar isə bunun koronavirus olmasından şübhələnirlər. 

Bəs koronavirus yenidən yayılır ?

Məsələ ilə bağlı Son.az-a Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, bu səbəbdən vətəndaşlar sağlamlığa diqqətlə yanaşmalıdır, əsasən də risk qrupuna daxil olan şəxslər:

"Bu virus hələ də bizimlədir. Buna yoluxan insanlar daha yüngül keçirir və qısa müddətdə çox tez sağalırlar. Vətəndaşların təşvişə düşməsinə ehtiyac yoxdur. 

Hər bir infeksiya çoxsaylı xəstədə görüləndə daha ciddi əlamət daşıyır. Hansı ki həmin zaman xəstəxanalarda xəstələrin yerləşdirilməsi və digər nüanslar çətinləşir".