Qışda yemək üçün giləmeyvəni necə donduraq?


Digərləri 03 Tem 2025 19:22:00 93 0

Qışda yemək üçün giləmeyvəni necə donduraq?

Qışda da təzə kimi dadlı və vitaminli giləmeyvələrdən istifadə etmək üçün düzgün dondurma üsulu vacibdir. Əgər giləmeyvələri düzgün dondursanız, onların dadı, rəngi və qida dəyəri uzun müddət qorunacaq.

Giləmeyvələrin dondurulma qaydası - addım-addım Giləmeyvəni düzgün seçin Tam yetişmiş, sağlam və zədəsiz giləmeyvələr seçin.

Çürük, yumşalmış və ya yararsız meyvələr dondurma üçün uyğun deyil.

Yuyun və qurudun Giləmeyvələri soyuq suda yuyun, lakin uzun müddət suda saxlamayın.

Sonra yumşaq dəsmal və ya kağız salfetlə qurudun. Nəm qalarsa, buz bağlayar.

Saplaqları və tumları təmizləyin Çiyələk, gilas, albalı kimi meyvələrdə saplaqları və tumları çıxarın (əgər istəmirsinizsə, gilas tumlu da dondurula bilər).

Əvvəlcədən sinidə dondurun Giləmeyvələri bir qat halında boşluq buraxaraq tepsiyə düzün.

Tepsini 3-4 saatlıq dərin dondurucuya qoyun. Bu üsul giləmeyvələrin birləşməsinin qarşısını alır.

Qablaşdırma və saxlanma Donmuş giləmeyvələri hava keçirməyən dondurucu kisəsinə və ya plastik qablara yerləşdirin.

Qabın üzərinə tarix və məzmun yazmağı unutmayın.

Dərin dondurucuda -18°C-də 8-12 ay saxlamaq olar.