İran yenidən hava məkanını açır
Digərləri 04 Tem 2025 00:12:00 75 0
İran öz hava məkanını yenidən açıb və əksər hava limanlarının işini bərpa edib.
Bu haberi de oku: Həkim xəbərdarlıq etdi: Bu xəstəlik səssizcə insanı kor edə bilər
Son.az-ın verdiyi məlumata görə, bu barədə İranın Mülki Aviasiya Təşkilatı bildirib.
"Mehrabad və İmam Xomeyni adına hava limanları, eləcə də ölkənin şimal, şərq, qərb və cənub hava limanları yenidən fəaliyyətə başlayıb və bütün xidmətləri təqdim etməyə hazırdırlar", - bəyanatda deyilir.
Qeyd olunur ki, İsfahan və Təbriz hava limanları istisna olmaqla, bütün hava limanlarında daxili və beynəlxalq uçuşlar saat 05:00-dan (Bakı vaxtı ilə 05:30) 18:00-a (18:30) qədər həyata keçiriləcək.