Həkim xəbərdarlıq etdi: Bu xəstəlik səssizcə insanı kor edə bilər
Digərləri 03 Tem 2025 10:45:00 92 0
Göz xəstəlikləri üzrə mütəxəssis cərrah Mehmet Sait Günerigök bildirib ki, xalq arasında "göz təzyiqi" kimi tanınan qlaukoma çox zaman heç bir əlamət vermədən irəliləyir və nəticədə qalıcı görmə itkisinə səbəb ola bilər.
Bu haberi de oku: Narsist xüsusiyyətləri ilə seçilən 4 BÜRC Özünü hər kəsdən üstün sayır
Son.az xəbər verir ki, qlaukoma göz daxilində təzyiqin artması ilə göz sinirlərinin zədələnməsi nəticəsində yaranır. Ən təhlükəli tərəfi isə odur ki, bu xəstəlik uzun müddət heç bir əlamət göstərmir.
VM Medical Park Bursa Xəstəxanasının həkimi Günerigök deyib: "Əksər insanlar yalnız görmələri zəiflədikdə və ya görmə sahəsində daralma olduqda həkimə müraciət edirlər. Amma bu mərhələyə gəldikdə artıq göz sinirləri ciddi şəkildə zədələnmiş olur və bu zədələr bərpa olunmur."
Qlaukoma hər yaşda rast gəlinə bilər, amma xüsusilə 40 yaşdan yuxarı olanlar, ailəsində bu xəstəlik olanlar, şəkərli diabet və yüksək təzyiqdən əziyyət çəkənlər, həmçinin uzun müddət kortizon dərmanları qəbul edənlər daha çox risk altındadır.
Həkim Günerigök vurğulayıb ki, "Xüsusilə risk qrupundakı insanlar ildə bir dəfə genişləndirilmiş göz müayinəsindən keçməlidirlər. Bu, həyat qurtara bilər."