Ötən ay Şəmkirdə su anbarında batan Aliyənin meyiti tapıldı
Digərləri 03 Tem 2025 16:25:00 131 0
Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.
Bu haberi de oku: Günün qoroskopu: Ətrafınızda sizi inkişaf etdirəcək bir fikir doğa bilər
Son.az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batan 2005-ci il təvəllüdlü Aliyə Həsənovanın meyiti sudan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə iyunun 13-də Şəmkir rayonunun Mehrili kəndi ərazisində yerləşən Şəmkirçay su anbarında baş verib. Rayonun Seyfəli kənd sakinləri-2004-cü il təvəllüdlü Ümid İbrahimov, 2005-ci il təvəllüdlü Aliyə Həsənova və Fazil Həsənov həmin ərazidə istirahət edən zaman A.Həsənova suda batıb. Ümid İbrahimov onu xilas etmək məqsədilə suya atılıb. Hər iki şəxs suda boğulub.