Xankəndidə beynəlxalq mesaj: Diplomatiyanın xəritəsi dəyişir


Digərləri 04 Tem 2025 15:04:00 69 0

Xankəndidə beynəlxalq mesaj: Diplomatiyanın xəritəsi dəyişir

"Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT, ECO) 17-ci Zirvə Görüşü keçirilir. Xankəndidə keçirilən bu beynəlxalq sammit siyasi, iqtisadi və mənəvi baxımdan Azərbaycanın suverenliyini və regional çəkisini nümayiş etdirən çoxqatlı bir mesajdır".

Son.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. 

O bildirib ki, İƏT-ın siyasi nüfuzu iqtisadi çəkisindən xeyli böyükdür:

"Təşkilata üzv olan ölkələr dünya əhalisinin təxminən 8 faizini təşkil edir. Onların ümumi nominal ÜDM-si 2,6 trilyon dollar civarındadır. Bu, qlobal iqtisadiyyatın 8-9%-nə yaxın olsa da,təşkilatın siyasi və geo-iqtisadi çəkisi bu faizlə ölçülə bilməz. İƏT-in üzvləri həm enerji bazarlarında, həm nəqliyyat dəhlizlərində, həm də regional təhlükəsizlik məsələlərində söz sahibi olan dövlətlərdir. Son on ildə təşkilata üzv ölkələrdə iqtisadi artım qlobal ortalamanı 1 faiz bəndindən daha çox üstələmişdir. Bu göstərici regionun artan dinamizmini ortaya qoyur. O ki, qaldı Zirvə Görüşünün gündəliyinə tədbirdə müzakirə olunan mövzular Azərbaycanın elan etdiyi milli prioritetlərə tam uyğundur. Burada regional ticarət, rəqəmsal gömrük sistemləri, nəqliyyat infrastrukturunun genişləndirilməsi, enerji təhlükəsizliyi, iqlim dəyişikliklərinə qarşı birlik və s. mövzular müzakirə ediləcəkdir. Yeri gəlmişkən Azərbaycanın ev sahibliyindən başqa həm də bir yol göstərən mövqedə olacağı şübhəsizdir".


Habere ait fotoğraflar