"Sputnik"in redaktorunun evində axtarış aparıldı


Digərləri 01 Tem 2025 16:25:00 82 0

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

"Sputnik Azərbaycan"ın redaktoru İqor Kartavıxın mənzilində axtarış aparılıb.

Son.az unikal.az-a istinadən xəbər verir ki, axtarış zamanı mənzildən kompüter avadanlığı götürülüb.

Qeyd edək ki, Azərbaycanın təhlükəsizlik qüvvələri dünən "Sputnik Azərbaycan"ın ofisində əməliyyat-axtarış tədbirləri keçirib. Tədbirlər çərçivəsində redaksiya heyətinin rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov saxlanılıb. Onların Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) bu agentlikdə çalışan əməkdaşları olduğu bildirilir.