Sabah Bakının bu ərazisində işıq sönəcək


Digərləri 01 Tem 2025 19:44:00 85 0

Sabah Bakının bu ərazisində işıq sönəcək

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Son.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 09:00-dan saat 15:00-dək Biləcəri qəsəbəsinin bir sıra ərazilərində yerləşən bəzi yaşayış və sahibkarlıq obyektlərində, eləcə də, yeni yaşayış massivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.