“Mənə təxribatçı suallar verdilər” Rusiyada hücum edilən qadın


Digərləri 01 Tem 2025 23:54:00 108 0

“Mənə təxribatçı suallar verdilər”  Rusiyada hücum edilən qadın

Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Aleksey Kuznetsov qadının əlindən tutaraq onu küçə boyu sürükləyib, xəsarət yetirib.

Son.az xəbər verir ki, Telli adlı xanım başına gələnləri AzTV-yə danışıb.

O bildirib ki, həmin şəxslər restoranın vaxtından öncə açılmasını istəyib, işi ilə bağlı olmayan təxribatçı suallar verib. 

"Mən onlara vəziyyəti izah etdim. Heç cür kömək edə bilməyəcəyimi söylədim", - deyə qadın bildirib.