İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? VİDEO
Digərləri 02 Tem 2025 07:07:00 95 0
Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. Bu isə bazarda yeni seqmentin formalaşdığını göstərir.
Bu haberi de oku: Günün qoroskopu: işdə qarışıqlıq yarana bilər
Son.az Xəzər TV-yə istinadən bildirir ki, avtomobil satış sektoru üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, ikinci əl bazarında daha çox fərdi idxal olunan, yəni rəsmi nümayəndəliyi və servis dəstəyi olmayan modellər problem yaradır. Amma bazarda rəsmi idxalçı ilə təmsil olunan Çin avtomobilləri də var. Bu brendlər həm ehtiyat hissəsi, həm də servis baxımından daha dayanıqlıdır.
İkinci əl bazarda Çin avtomobillərinə maraq əsasən qiymət baxımından əlçatanlığa görədir. Amma avtomobili satmaq istədikdə, brendin bazarda tanınması və servis təminatı da qiymətə təsir edən əsas amillərdəndir.