Bakıda torpaqlar sürətlə bahalaşır


Digərləri 02 Tem 2025 20:03:00 64 0

Bakıda torpaqlar sürətlə bahalaşır

Bakı şəhərində torpaq sahələrinin qiymətində artım tendensiyası davam edir.

Son.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) hazırladığı "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili" adlı hesabatda bu barədə məlumat verilib.

Hesabata əsasən, 2023-cü illə müqayisədə 2024-cü ildə paytaxtda torpaq sahələrinin orta qiyməti 14 faiz artıb. Bu isə 2022-ci ildən bəri müşahidə olunan ümumi 44 faiz bahalaşma tendensiyasının tərkib hissəsidir. 2025-ci ilin I rübündə isə qiymətlər illik müqayisədə 19 faiz yüksəlib.

Mütəxəssislərin fikrincə, urbanizasiya, şəhərsalmanın genişlənməsi, tikinti üçün əlverişli torpaq sahələrinin getdikcə azalması və eyni zamanda təklifin məhdudlaşması qiymət artımına birbaşa təsir edən əsas amillərdir. Torpaq bazarına olan davamlı və sabit tələbat bu sahədə gərginliyi artırmaqda davam edir.