Bilgəh çimərliyində boynu sınan gənc öldü
Digərləri 03 Tem 2025 10:25:00 64 0
Bakıda çimərlikdə ağır xəsarət alan gənc vəfat edib.
Bu haberi de oku: Həkim xəbərdarlıq etdi: Bu xəstəlik səssizcə insanı kor edə bilər
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, iyunun 14-ü Bilgəh qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini 2003-cü il təvəllüdlü Fuad Fəyyaz oğlu Musayev suya tullanarkən ehtiyatsızlıqdan xəsarət alıb.
Xəstəxanaya çatdırılan 22 yaşlı oğlanın boyun fəqərələrinin sındığı və sinirlərinin zədələndiyi məlum olub.
Tibbi yardıma baxmayaraq, F.Musayev iyulun 1-i xəstəxanada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Kaynak: milli.az