Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi


Digərləri 03 Tem 2025 10:38:00 79 0

Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Bəxtiyar Yusifovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Son.az pravda.az-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Yusifov 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Cinayət işi üzrə iki nəfər zərərçəkmiş var.