"Yemiş alarkən də diqqət edilməli bir çox məqam var".
Digərləri 03 Tem 2025 03:03:00 79 0
Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.
Bu haberi de oku: Yekaterinburqda həbs edilmiş azərbaycanlılara məxsus avtomobillər SİYAHI
O, yemiş alarkən nələrə diqqət edilməli olduğundan bəhs edib:
"İlk növbədə, bütün meyvə və giləmeyvələrdə olduğu kimi yemişi də mövsümündə yemək daha faydalı olar. Nəzərə almaq lazımdır ki, qarpız kimi yemiş də süni yetişdirilərək vaxtından əvvəl satışa çıxarılır. Bu zaman insan sağlamlığına zərərli olan müxtəlif kimyəvi dərmanlardan istifadə olunur".
Ekspert qeyd edib ki, yemişin özünəxas xüsusiyyətləri var:
"Yemiş alarkən onun rənginə fikir verməliyik. Təbii yemişin rəngi azacıq sarımtıl, üzəri isə sanki torvari naxışlı olur. Üstəlik, çox parlaq olmalıdır. Yemişin özünəxas şirinliyi ilə yanaşı, spesifik qoxusunun olduğunu unutmamalıyıq".
Mütəxəssis bildirib ki, təbii şirin yemişi yeyərkən sanki dilin ucunda kiçicik bir yanma hiss olunur: