Bu ərazilərdə işıq olmayacaq
Digərləri 03 Tem 2025 10:00:00 62 0
Bu gün Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu haberi de oku: Həkim xəbərdarlıq etdi: Bu xəstəlik səssizcə insanı kor edə bilər
"Azərişıq"dan Son.az-a verilən məlumata görə, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq "Babək" hava xəttində 3 iyul tarixində təmir işi aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək rayonun Siyablı, saat 14:00-dan saat 16:00-dək Mollakənd, Narbağı, Rvo, Şovu, Təngivan kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Məlumata görə, təmir işləri başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.