“Amazon”un anbarlarında robotlar üstünlük qazanır
Digərləri 03 Tem 2025 15:19:00 63 0
"Amazon"un anbarlarında robotların sayı sürətlə artır.
Bu haberi de oku: Türkiyədə inflyasiya səviyyəsi açıqlandı
Son.az xəbər verir ki, artıq qlobal tədarük proseslərinin 75%-i robotlar vasitəsilə həyata keçirilir.
Robotlar məhsulların daşınması, çeşidlənməsi və qablaşdırılması kimi əsas işləri icra edir. Louisianadakı 280 min kvadratmetrlik anbarda robot qollar milyonlarla məhsulu emal edir. Bu hibrid sistem məhsul dövriyyəsini 25% artırıb.
Robotlaşma işçi sayına da təsir edib. Hazırda hər anbarda orta hesabla 670 nəfər çalışır bu, 16 ilin ən aşağı göstəricisidir. Bununla yanaşı, bir işçiyə düşən paket sayı 10 ildə 175-dən 3870-ə qalxıb.