Saturnun halqaları niyə unikaldır və tezliklə yox olacaq? Maraqlı kəşf


Digərləri 02 Tem 2025 01:01:00 73 0

Saturnun halqaları niyə unikaldır və tezliklə yox olacaq?  Maraqlı kəşf

Günəş sistemində ölçüsünə görə ikinci planet olan Saturn həm də görkəmli və nəzərəçarpan halqaları ilə fəxr edə bilər. Onlara ilk dəfə Qalileo Qaliley 1610-cu ildə ibtidai teleskopla müşahidə zamanı diqqət yetirmişdi. O, planetin yanında "qulaq" bənzəri nəsə görüb.

Son.az xəbər verir ki, 45 il sonra astronom Xristian Hüygens obyekti daha aydın müşahidə edərək onları "nazik düz disk" adlandırıb.

Halqaları aydın görüb düzgün qiymətləndirmək isə ancaq 19-cu əsrdən mümkün olub.

Alimlər nəticəyə gəlib ki, bu, çoxlu kiçik hissəciklərdən ibarət bir neçə halqadır. Eyni zamanda daxili halqalardakı hissəciklər xaricilərə nisbətən daha sürətli hərəkət edir.

2004-2017-ci illərdə "Kassini" avtomatik planetlərarası stansiyası Saturn halqalarını geniş şəkildə öyrənib. Yüz minlərlə şəkil çəkilib və halqaların tərkibi haqqında məlumat toplanıb. Məlum olub ki, onların 99%-i buzdan ibarətdir. Qalanı isə silikatlar, toz və müxtəlif çirklərdir.

Eyni zamanda hissəciklərin ölçüsü çox müxtəlifdir: həm mikroskopik toz zərrəcikləri, həm də çoxmərtəbəli bina ölçüsündə buz parçaları var. Halqaların eni yüz minlərlə kilometr olsa da, qalınlığı cəmi bir neçə on metrdir.

Halqalar necə yaranıb?