Bu toyda 6.5 milyon pul yığıldı 5 min qonaq... FOTO
Digərləri 01 Tem 2025 18:10:00 87 0
Türkiyənin Van şəhərində geniş müzakirələrə səbəb olan dəbdəbəli toy mərasimi keçirilib.
Bu haberi de oku: ABŞdə yaşayan azərbaycanlı professor vəfat etdi
Son.az xəbər verir ki, Bostaniçi Bələdiyyəsinin sədri Halil Cintanın qardaşıoğlu Orhan Cintan tanınmış iş adamı İdris Parlakın qızı Baharla ailə həyatı qurub.
Toy mərasiminə təxminən 5 min qonaq dəvət olunub, menyu üçün 1 ton ət istifadə edilib.
Məclisdə bir sıra tanınmış şəxslər və iş adamları iştirak edib. Xüsusilə diqqət çəkən anlardan biri isə gəlinə qızıl taxma mərasimi olub - bu mərasim 5 saat davam edib və Bahara ümumilikdə 2 kiloqram qızıl taxılıb.
Toyun sonunda 6,5 milyon lirə (təxminən 277 min 500 manat) toplanıb. Masanın üzərindəki pullar 14 nəfər tərəfindən böyük çətinliklə sayılıb.