Göydən pul yağdı insanlar onu tutmaq üçün yarışa girdi
Digərləri 01 Tem 2025 00:45:00 83 0
ABŞ-nin Detroyt şəhərində qeyri-adi bir vida mərasimi keçirilib.
Bu haberi de oku: Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır
Son.az xarici mətbuata istinadən xəbər verir ki, 58 yaşında vəfat edən və yerli sakinlər tərəfindən səxavəti ilə tanınan Darrell Tomasın xatirəsinə keçirilən bu tədbir, helikopterdən pul səpilməsi ilə yadda qalıb.
Pul yağışı zamanı çəkilən videolarda insanların göydən yağan yüzlərlə dolları toplamaq üçün bir-birinin önünə keçməsi aydın görünür.
Hadisə 27 iyun tarixində Gratiot və Conner küçələrinin kəsişməsində baş verib. Göydən yağan pullar sakinlər arasında həm heyrət, həm də duyğusal anlar yaradıb.
Bu vida mərasimi 15 iyun tarixində 58 yaşında dünyasını dəyişən Darrell Tomasa olan son ehtiram jesti idi.
Klassik avtomobil həvəskarı olan Darrell Tomas, Detroytda cəmiyyətin sevilən simalarından biri idi.
Bu qeyri-adi vida ideyasını isə onun oğulları irəli sürüb və həyata keçirib.
Tomasın avtoyuma biznesinə yaxın ərazidə helikopter vasitəsilə pul paylanaraq, onun xeyirxah ruhu bir daha yad edilib.
Lalə Qüdrətova Son.az