Ərdoğan: NATO sammiti 2026cı ildə Ankarada keçiriləcək


Digərləri 30 Haz 2025 23:31:00 83 0

Ərdoğan: NATO sammiti 2026cı ildə Ankarada keçiriləcək

Gələn il NATO sammiti Ankarada təşkil olunacaq.

Son.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra məlumat verib.

"Haaqada keçirilən son sammitdə bizim üçün əhəmiyyətli bir qərar qəbul edildi - növbəti sammit ölkəmizdə keçiriləcək. Türkiyə 2026-cı ilin iyul ayında NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının sammitinə ev sahibliyi edəcək. Biz alyans liderlərini paytaxtımız Ankarada qəbul edəcəyik. Çox vacib qərarların qəbul olunması üçün zəmin hazırlayacağıq", - deyə Ərdoğan bildirib.