Bu şəxslər avokadodan uzaq dursun!


Digərləri 01 Tem 2025 20:30:00 65 0

Bu şəxslər avokadodan uzaq dursun!

Super qidalar arasında yer alan və sağlamlığa olan saysız faydaları ilə tanınan avokado bəzi insanlar üçün riskli ola bilər. Xüsusilə xroniki böyrək xəstəliyindən əziyyət çəkənlər üçün bu meyvənin tərkibi təhlükə yarada bilər.

Son.az xəbər verir ki, ürək-damar sağlamlığına müsbət təsir göstərən, lif və faydalı yağlarla zəngin olan avokado eyni zamanda yüksək miqdarda kalium ehtiva edir. Orta ölçülü bir avokadoda 700-900 mq kalium var. Bu, sağlam insanlar üçün problem yaratmasa da, böyrək funksiyası zəif olan şəxslərdə qanda kaliumun normadan artıq toplanmasına səbəb ola bilər.

Kaliumun yüksəlməsi, ürək ritmində pozğunluqlara və ciddi sağlamlıq problemlərinə yol aça bilər. Bu səbəbdən böyrək çatışmazlığı, dializdə olan xəstələr və həkim təyinatı ilə az kaliumlu pəhriz saxlayanlar avokado istehlakını məhdudlaşdırmalıdır.

Həkimlər eyni zamanda xəbərdarlıq edirlər ki, avokado bəzi hallarda böyrək daşlarının yaranmasına da səbəb ola bilər.

Buna görə də böyrək problemi olan şəxslər avokado kimi yüksək kalium tərkibli qidaları istifadə etməzdən əvvəl mütləq həkim məsləhəti almalıdırlar.

Fidan Son.az