Arıqlamaq istəyənlər bu qidalardan yesin


Digərləri 01 Tem 2025 19:00:00 88 0

Arıqlamaq istəyənlər bu qidalardan yesin

Mütəxəssislər toxluq hissini uzun müddət qoruyub saxlayan və aclığı azaldan qidaların siyahısını təqdim ediblər. Bu məhsullar həm sağlam qidalanma, həm də arıqlamaq istəyənlər üçün faydalı hesab olunur.

Araşdırmalara əsasən, ilk sırada zülalla zəngin məhsullar yer alır. Yumurta, toyuq əti, balıq, kəsmik və paxlalılar səhər yeməklərində istifadə olunduqda gün ərzində daha az kalori qəbuluna səbəb ola bilər. Liflə zəngin qidalar - brokoli, kök, ispanaq, alma, armud, eləcə də yulaf, kətan və chia toxumu da uzunmüddətli toxluq hissi yaradır.

Mütəxəssislər qeyd edirlər ki, avokado, qoz, badam və zeytun yağı kimi sağlam yağlar da aclığın qarşısını almaqda təsirlidir. Bu qidaların su ilə birlikdə qəbul edilməsi isə onların təsirini daha da gücləndirir. Xüsusilə cia toxumunun suda isladılması, yulaf əzməsi və az kalorili tərəvəz şorbaları bu baxımdan tövsiyə olunur.