Mirzoyan KTMTnin iclasında iştirak etməyəcək


Dünya 30 Haz 2025 16:50:00 91 0

Mirzoyan KTMTnin iclasında iştirak etməyəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək.

Son.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

"Ermənistan tərəfinin mövqeyində heç bir dəyişiklik yoxdur. Ermənistan bu görüşdə iştirak etməyəcək", - o bildirib.

KTMT Xarici İşlər Nazirləri Şurasının iclası iyunun 30-da Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək.