ABŞ hərbçiləri üz qırxmağa görə ordudan qovulacaqlar
Dünya 30 Haz 2025 17:30:00 70 0
ABŞ ordusunda saqqal saxlamaqla bağlı qaydalar sərtləşdirilib.
Bu haberi de oku: BMT Fransa polisinin zorakılığını gündəmə gətirdi: Ölüm halları artıb
Son.az xəbər verir ki,üz qırxıldıqdan sonra dəri qıcıqlanması ilə müşayiət olunan psevdofollikulit barbae diaqnozu olan hərbçilər artıq təraşdan uzunmüddətli azadlıq hüququnu itirirlər.
Əvvəllər bu problemi yaşayan əsgərlərə tibbi əsaslarla saqqal saxlamağa icazə verilirdisə, yeni qaydalara əsasən, 2 il ərzində maksimum 12 ay təraşdan azadlıq hüququ təqdim olunur. Bu müddət bitdikdən sonra hərbçilər ya lazer epilyasiya kursunu keçməli, ya da ordu sıralarını tərk etməlidirlər.
Müdafiə Nazirliyi bu addımı "nizam-intizam və standartların qorunması" ilə əsaslandırsa da, qərar ordu daxilində tənqidlərlə qarşılanıb. Bəzi yüksək rütbəli zabitlər bu siyasətin qaradərili hərbçilərə qeyri-proporsional təsir etdiyini bildirərək onu irqi motivli yanaşma kimi qiymətləndiriblər.
Qeyd edək ki, PFB xüsusilə qaradərili kişilər arasında geniş yayılıb və bu xəstəlik ağrılı ülgüc yaraları və çapıqlara səbəb olur.
Yeni siyasətin yaxın həftələrdə qüvvəyə minməsi gözlənilir.
Fidan Son.az