19 yaşlı Abdullayevi güllələyən polis indi haradadır?


Dünya 30 Haz 2025 17:40:00 65 0

19 yaşlı Abdullayevi güllələyən polis indi haradadır?

Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən qətliam təxminən 4 il əvvəl elə Rusiyada həmvətənimizə qarşı daha bir polis vəhşiliyini yada salıb.

Son.az xəbər verir ki, 2021-cil il mayın 28-də Novosibirsk vilayətinin Moskovski rayonunda avtomobillə bağlı kiçik insident zamanı rus polisi əsassız yerə 19 yaşlı əslən azərbaycanlı olan Rusiya vətəndaşı Vəkil Abdullayevi başından güllələyib öldürmüşdü.

Abdullayevin ölümündən sonra Rusiya məhkəməsi həmin polis əməkdaşının 2 ay, yəni istintaq müddətində həbsi barədə qərar qəbul etdi. Lakin polisin həbsindən 4 gün sonra Rusiyanın İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin tələbi ilə o, azad edildi. Bastrıkinin tələbi həm qətl edilən gəncin ailəsinin, həm də Azərbaycan cəmiyyətinin etirazına baxmayaraq, polisin məsuliyyətdən yayınması ilə nəticələndi. Abdullayevi əsassız şəkildə güllələyən polis əməkdaşı hələ də məsuliyyətə cəlb edilməyib və məhkəmə qarşısına çıxarılmayıb. (Axar.az)