Con Kennedi sevgilisini abort etdirməyə məcbur edib
Dünya 30 Haz 2025 14:37:00 55 0
ABŞ-ın keçmiş prezidenti Con F. Kennedinin şəxsi həyatı ilə bağlı yeni tərcümeyi-hal kitabında qalmaqallı iddialar yer alıb.
Bu haberi de oku: 19 yaşlı Abdullayevi güllələyən polis indi haradadır?
Son.az xarici mediaya istinadla xəbər verir ki, J. Randy Taraborrelli tərəfindən yazılmış və "JFK: Public, Private, Secret" adlanan əsərdə Kennedinin 23 yaşlı stüardessa Coan Lundberqlə münasibəti, onun hamiləliyi və abort üçün pul göndərməsi haqqında məlumat verilir.
Kitaba əsasən, 1958-ci ildə, Kennedinin həyat yoldaşı Jacqueline Kennedy qızları Karoline-ni dünyaya gətirdikdən qısa müddət sonra Coan Lundberq hamilə olduğunu prezidentə bildirir. O zaman Kennedinin 39, Coan Lundberqin isə 23 yaşı var idi.
Müəllifin yazdığına görə, Coan bu xəbəri telefonla verdikdə Kennedi sarsılıb və abort üçün ona 400 dollar göndərəcəyini bildirib. Pul ilkin mərhələdə Coana çatmasa da, daha sonra əlavə pul göndərilib və stüardessa abortu etdirib.
Taraborrelli yazır ki, Kennedi bu uşaqla bağlı məsuliyyət götürmək istəməyib: