BMT Fransa polisinin zorakılığını gündəmə gətirdi: Ölüm halları artıb
Dünya 30 Haz 2025 17:52:00 71 0
BMT İnsan hüquqları Ali Komissarlığının ofisinin İşgəncələrə Qarşı Komitəsinin Fransa ilə bağlı toplantısında ölkədə polis zorakılığı ilə bağlı məsələ qaldırılıb.
Bu haberi de oku: Kaliforniyada güclü yanğınlar başladı
Son.az report.az-a istinadən xəbər verir ki, komitənin Fransa üzrə həmməruzəçisi və ekspert Xorxe Kontesse (Jorge Contesse) qeyd edib ki, yol hərəkəti qaydalarına nəzarətin həyata keçirilməsi və etiraz aksiyaları zamanı Fransa polisi tərəfindən həddindən artıq güc tətbiq edilməsi bəzi hallarda mülki şəxslərin ciddi xəsarət almasına, hətta ölüm hallarına səbəb olub:
"2017-ci ildə qəbul edilmiş və polis əməkdaşlarına ciddi təhlükə törədilməsi ehtimalı olan mülki şəxslərə qarşı atəş açmağa icazə verən qanunun həmin ildən etibarən polis müdaxilələri nəticəsində baş verən ölüm hallarının artmasına səbəb olub".
Fransanı təmsil edən nümayəndə heyətinin üzvləri bildiriblər ki, məhkəmələr zorakılığın həddindən artıq tətbiq olunması hallarında müvafiq cəzalar, o cümlədən həbs cəzaları tətbiq edib.