ABŞdə təyyarə qəzası: "Sağ qalan olmayıb"


Dünya 30 Haz 2025 15:22:00 64 0

ABŞdə təyyarə qəzası: "Sağ qalan olmayıb"

Bazar günü səhər ABŞ-ın Ohayo ştatının şimal-şərqində, Howland qəsəbəsində təyyarə qəzası baş verib.

Bu haberi de oku: İtaliyada zəlzələ oldu

Son.az xəbər verir ki,  təyyarə qəzası altı nəfərin həyatına son qoyub.

Hadisə Yanqstaun-Uorren Regional Hava Limanının uçuş-enmə zolağından təxminən iki mil aralıda baş verib.

Qəza zamanı göyərtədə iki ekipaj üzvü və dörd sərnişin olub. Qəza baş verən təyyarə Cessna 441 markalı iki mühərrikli kiçik hava gəmisidir. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB)-nin ilkin açıqlamasına görə, təyyarə havaya qalxdıqdan cəmi yeddi dəqiqə sonra qəzaya uğrayıb.