Dünya robot müharibəsinin astanasında: Həkim, daşıyıcı, minadüzən, nəhayət…


Dünya 30 Haz 2025 05:05:00 93 0

Dünya robot müharibəsinin astanasında: Həkim, daşıyıcı, minadüzən, nəhayət…

Ukrayna döyüş xəttində insan çatışmazlığından yaranan çətinlikləri aradan qaldırmaq üçün robotlardan istifadəni sürətlə artırır.

Musavat.com "The Economist"-in hazırladığı materiala istinadən xəbər verir ki, Kiyev artıq pilotsuz yerüstü nəqliyyat vasitələrini (UGV) stress sınaqlarından keçirir.

UGV-lər artıq ön cəbhədə fəaliyyət göstərir və 3-cü Hücum Briqadası qabaqcıllardan biridir. Qzəet qeyd edir ki, onlar hələ çox deyil, lakin bu, tezliklə dəyişə bilər: Ukrayna yazda cəbhə xəttində 15 000 yer robotu yerləşdirməyi planlaşdırdığını açıqlayıb.

Bəzi sənaye oyunçuları 2023-cü ildə İHA-ların kütləvi istehsalının baş verdiyi kimi, döyüş meydanının bu yay kəskin şəkildə dəyişəcəyini proqnozlaşdırırlar. Bir robot istehsalçısı deyir: "Rusların "ət divarını" dayandıracaq adamlarımız yoxdur. Beləliklə, biz "zombilərimizi" onların zombilərinə qarşı göndərəcəyik". Təxminən 40-a yaxın özəl Ukrayna şirkəti hazırda 200-ə yaxın UGV modeli istehsal edir. Onlar şərti olaraq üç növə bölünür:

-logistika (yanacaq, su, evakuasiya), -mühəndislik (minaların çəkilməsi və təmizlənməsi, rabitə), və daha az dərəcədə - döyüş (qumbaraatan platformalar, dron-ov qüllələri). Robotların əksəriyyəti cəbhəyə göndərilməzdən əvvəl gücləndirilir: kameralar, əlavə kommunikasiyalar və ya elektron müharibədən qorunma əlavə olunur. "Qətl Evi"ndə ("yer robotları üçün universitet" adlanır- red.) "UGV Akademiyası" nın rəhbəri "Stark" deyir ki, maşınlar müəyyən vəziyyətlərdə artıq bütöv əsgər qruplarını əvəz edir.

Ukraynanın yük dronları tonlarla avadanlığı mövqelərə çatdırır. "Ardal" kimi yeni evakuasiya dronları həkimlər üçün riski aradan qaldırır. Müasir minaçı robotlar bir anda onlarla tank əleyhinə mina qoyurlar.

"Xızak" 200 metr məsafədən digər dronları vuran süni intellektlə işləyən drondur. Onun "qardaşı" - 7,62 mm-lik pulemyotlu platforma olan "Lyut" ilk olaraq Kursk vilayətində pusqu əməliyyatında özünü göstərib. UGV Robotics şirkətinin yaradıcısı Vasili deyir ki, bu maşınlardan istifadənin yeniliyi rusları o qədər heyrətləndirdi ki, onlar özləri mövqelərini tərk edərək, digər bölmələrə onları məhv etməyə imkan verdilər.