Dəhşətli istilər gəlir: asfalt yollar əriyir, zeytun bağları yanır, ölən var
Dünya 28 Haz 2025 10:25:00 60 0
Avropanı bürüyən istilik dalğası qitəni təhlükəli vəziyyətə sürükləyir. İspaniyada temperaturun 47 dərəcəyə çatacağı gözlənilir. Mayorka adasında artıq bir turist istidən həyatını itirib. Mütəxəssislər bu vəziyyətin Afrikadan gələn isti hava axını ilə əlaqəli olduğunu bildirirlər və qarşıdakı günlərdə daha da yüksələn temperatur proqnozlaşdırılır.
Bu haberi de oku: Kadırov oğlunu evləndirir
Son.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliyada bəzi bölgələrdə asfalt yolların əridiyi qeyd olunub. Böyük Britaniyada belə qeyri-adi isti hava şəraiti müşahidə edilir - burada temperaturun 36 dərəcəyə qədər yüksələcəyi gözlənilir.
Qonşu Portuqaliyada isə rəsmi meteoroloji xidmət xəbərdarlıq edib ki, istilik dalğası iyunun 28-də başlayacaq və ölkənin cənub və mərkəzi bölgələrində 40 dərəcəni aşacaq. Paytaxt Lissabonda isə 45 dərəcəyə qədər istilik qeydə alına bilər.
Kaynak: milli.az