Dünyanı iflas dalğası bürüyür – Son 12 ilin


Dünya 27 Haz 2025 17:45:00 90 0

Dünyanı iflas dalğası bürüyür – Son 12 ilin

Dünya üzrə şirkət iflaslarında ciddi artım müşahidə olunur. "Dun & Bradstreet"in yaydığı "2024 Qlobal İflas Raporu"na görə ötən il 47 ölkənin 65 faizində şirkət iflasları artıb.

Son.az xəbər verir ki, bu, son 12 ilin ən yüksək göstəricisidir.

Şirkətlərin bağlanmasının əsas səbəbləri pandemiya sonrası dövlət dəstəklərinin sona çatması, faiz dərəcələrinin artması, zəif qlobal iqtisadi artım, azalan istehlakçı tələbi, tədarük zəncirindəki çətinliklər və geosiyasi gərginliklərdir.

Türkiyədə 2024-cü ildə şirkət iflasları 23 faiz artıb. Rəsmi məlumatlara görə ötən il 465 şirkət fəaliyyətini dayandırıb. Mütəxəssislər bildirirlər ki, yüksək kredit faizləri və zəif daxili bazar bu vəziyyəti daha da ağırlaşdırıb.

2024-cü ildə iflasların ən çox artdığı ölkə Ukrayna olub. Müharibə şəraitində olan bu ölkədə şirkət iflasları bir ildə 126 faiz artaraq rekord həddə çatıb. Sinqapurda artım 40 faiz, Belarusda 39 faiz olub. İflasların artdığı digər ölkələr arasında Fransa, Kanada, Avstraliya, Almaniya və İtaliya da var.