Üç il sonra ilk ölüm hökmü icra edildi


Dünya 27 Haz 2025 11:24:00 87 0

Üç il sonra ilk ölüm hökmü icra edildi

Yaponiyada 2022-ci ildən bəri ilk dəfə olaraq ölüm hökmü icra edilib.

Son.az xəbər verir ki, bu barədə ölkənin ictimai televiziya kanalları məlumat yayıb.

Bu, həm də Baş nazir Şiqeru İşiba hökumətində ədliyyə naziri tərəfindən edam fərmanının imzalandığı ilk ölüm hökmüdür. 

Edam edilən şəxs yerli sakindir, o, 2021-ci ildə ən ağır cəza olan ölüm hökmünə məhkum olunmuşdu. Məhkəmə qərarı onun doqquz nəfəri qətlə yetirməsi səbəbilə çıxarılıb.