Ukraynanın Ottava Konvensiyasından çıxdı
Dünya 29 Haz 2025 17:04:00 70 0
Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin piyada əleyhinə minaların istehsalı və istifadəsini qadağan edən Ottava Konvensiyasından çıxması barədə fərman imzalayıb.
Bu haberi de oku: İordaniya təyyarələri müharibəyə baxmayaraq uçur: Bunu necə edirlər?
Son.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Roman Kostenko sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, Zelenskinin imzaladığı fərmanla Milli Təhlükəsizlik və Müdafiə Şurasının konvensiyadan çıxmaqla bağlı qərarı qüvvəyə minib.
Qeyd edək ki, Ottava Konvensiyası 1997-ci il dekabrın 3-də imzalanıb və 1999-cu il martın 1-də qüvvəyə minib. Konvensiya piyada əleyhinə minaların istifadəsini, istehsalını, ötürülməsini və ehtiyatda saxlanmasını qadağan edir. Sənədə bu günədək 163 ölkə qoşulub.