“Google”dan təcili xəbərdarlıq: Telefonunuzda bu funksiyanı silin


Digərləri 30 Haz 2025 11:00:00 78 0

“Google”dan təcili xəbərdarlıq: Telefonunuzda bu funksiyanı silin

"Google", kibercinayətkarlar tərəfindən istifadə edilən yeni hücum üsuluna qarşı tədbir görmələri barədə xəbərdarlıq edib.

Son.az xəbər verir ki, fırıldaqçılar mobil şəbəkə tərəfindən bloklanmadan, yaxınlıqdakı mobil telefonlara minlərlə saxta mətn mesajı göndərmək üçün "SMS blaster" adlı funksiyadan istifadə edirlər.

Bu texnologiya ilə mobil telefonlar real telefon qülləsi ilə deyil, 2G şəbəkəsi kimi görünən saxta siqnalla aldadılaraq əlaqəyə girir. Nəticədə qurbanların nömrələri toplanmadan belə, onlara fırıldaq mesajları göndərilir.

Android istifadəçilərinə cihazlarında 2G şəbəkəsini söndürmək tövsiyə olunur.