Türkiyədə elçilik qanla bitdi Polis qətlə yetirildi


Digərləri 30 Haz 2025 16:20:00 83 0

Türkiyədə elçilik qanla bitdi   Polis qətlə yetirildi

Türkiyənin paytaxtı Ankarada elçilik məqsədilə təşkil olunan görüş faciə ilə nəticələnib. Hadisə Etimesqut qəsəbəsindəki parkda baş verib.

Son.az yerli mediaya istinadla xəbər verir ki, polis əməkdaşı Furkan K., əmisioğluna qız istəmək üçün qız tərəfinin qohumları ilə parkda görüş keçirib. Lakin söhbət zamanı tərəflər arasında mübahisə yaranıb və bu mübahisə nəticəsində Furkan K. odlu silahla vurulub.

Yaralı halda xəstəxanaya çatdırılan polis əməkdaşı bütün müdaxilələrə baxmayaraq həyatını xilas edə bilməyib.

Qız tərəfinin nümayəndələri hadisədən sonra ərazidən qaçaraq gizləniblər.


Habere ait video