PTXnin rəisi təyin olunan Fərid Əsgərov kimdir? Dosye
Digərləri 30 Haz 2025 19:16:00 87 0
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub.
Bu haberi de oku: Büyükfırat ailəsində eyni gündə iki faciə
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, mühüm vəzifə polkovnik Fərid Əsgərova həvalə edilib.
O, bu vəzifədə bir müddət əvvəl müavini təyin olunan general-polkovnik Bəylər Eyyubovu əvəzləyib.
Məlumat üçün bildirək ki, Fərid Əsgərov daha öncə Azərbaycan Karate Federasiyasında vitse-prezidenti olub. Əsgərov bu vəzifəyə 2017-ci ilin dekabrında seçilib.
Bu ilin fevralında isə PTX-nin rəis müavini təyin edilib.
Məlumata görə, Fərid Əsgərovun qardaşı Əli Əsgərov 2022-ci ildən Bakı İdman Sarayının direktorudur. Son.az