Büyükfırat ailəsində eyni gündə iki faciə
Digərləri 30 Haz 2025 17:21:00 75 0
Xəbər verdiyimiz kimi, "Büyükfırat" restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın oğlu Bakıda faciəvi şəkildə həyatını itirib.
Bu haberi de oku: Dolğu etdirmək istəyənlərə qorxunc xəbərdarlıq Bədəniniz çürüyə bilər
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, 27 yaşlı Ebrarcan Büyükfıratın meyiti yaşadığı Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsindəki binanın qarşısında tapılıb. O, "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.
Türkiyə mətbuatında Bakıda hadisənin baş verdiyi gün Hüseyn Büyükfıratın qardaşı Abdulkadirin oğlunun da dünyasını dəyişdiyi barədə məlumat yayılıb. Belə ki, Iğdır vilayətinin gəlirlər idarəsinin (xəzinədarlıq) rəhbəri olan A.Büyükfıratın oğlu Mehmet Engin Büyükfırat Adıyaman vilayətinin Samsat qəsəbəsi yaxınlığında baş vermiş ağır qəzada həyatını itirib. Kiçiktutumlu yük maşını ilə minik avtomobilinin toqquşduğu hadisədə daha 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Qeyd edək ki, Büyükfırat ailəsi əslən Türkiyənin Şanlıurfa bölgəsindəndir və xeyriyyəçi nəsil kimi də tanınır.
H. Büyükfırat həm də Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədridir.
Fotoda: Ebrarcan Büyükfırat
Fotoda: Mehmet Engin Büyükfırat