Dolğu etdirmək istəyənlərə qorxunc xəbərdarlıq Bədəniniz çürüyə bilər
Digərləri 30 Haz 2025 03:03:00 78 0
Son illərdə estetik prosedurların populyarlaşması ilə dolğu (filler) tətbiqlərinə maraq xeyli artıb. Bəzi hallarda dolğuların ciddi fəsadlara - o cümlədən toxuma zədələnməsi və hətta dəri altı nahiyələrin çürüməsinə (nekroza) səbəb olduğunun şahidi oluruq.
Bu haberi de oku: Yekaterinburq saxlanılan azərbaycanlılardan biri barəsində həbs qətimkan tədbiri seçilib
Xüsusilə burun, alın və dodaq ətrafı kimi damarlara yaxın bölgələrdə səhv inyeksiyaların həyati təhlükə yaratması ilə bağlı təcrübələr kifayət qədərdir.
Bəs dolğular hansı hallarda bədənin çürüməsinə səbəb ola bilir?
Mövzu ilə bağlı kosmetoloq Səadət Mustafayeva Bizim.Media-ya danışıb.
O, dolğunun əsas risk faktorlarından bəhs edib.
"Dolğuda iki əsas risk faktoru var: həkimin peşəkarlığı və istifadə olunan preparatın keyfiyyəti. Əgər həkim lazımi tibbi savada malik deyilsə və keyfiyyətsiz dolğu maddəsindən istifadə edilirsə, nəticələr ciddi ola bilər.
Həkim preparatı inyeksiya edərkən onun damara daxil olmamasına xüsusi diqqət yetirməlidir. Uyğun olmayan nahiyəyə tətbiq və ya süni, keyfiyyətsiz maddənin istifadəsi damarlarda tıxanma yarada bilər. Bu zaman qan dövranı pozulur, toxumalar oksigensiz qalır və nəticədə çürümə - yəni nekroz baş verir".
Kosmetoloq bildirib ki, bəzi süni sintetik dolğular insan orqanizmində "yatmış bomba" effekti yaradır.