Boşanma uşaqlarda ölüm riskini 55 faiz artırır Narahatlıq doğuran yeni ARAŞDIRMA
Digərləri 30 Haz 2025 01:01:00 84 0
ABŞ-da aparılan genişmiqyaslı araşdırmaya görə, valideynləri beş yaşından əvvəl boşanan uşaqların erkən yaşda ölmə riski 55 faiz artır.
Bu haberi de oku: 225 min sürücü 2025ci ilin ən yaxşı avtomobilini seçdi
Son.az xəbər verir ki, "Newsweak"in məlumatına görə, ABŞ-da yayılan yeni bir araşdırma valideynlərin erkən boşanmasının uşaqlara uzunmüddətli təsirini dramatik şəkildə ortaya qoyub. Müəyyən edilib ki, valideynləri 5 yaşına qədər boşanan uşaqların sonrakı həyatlarında gəlirləri daha aşağı olur, gənc yaşda hamilə qalma, cinayətə cəlb olunma, hətta erkən ölüm riski ilə üzləşirlər.
Boşanma həyatın yenidən qurulmasına səbəb olar
Merilend Universitetindən professor Nolan Pope, Kaliforniya Mersed Universitetindən Endryu C. Conston və ABŞ Siyahıyaalma Bürosundan Meqqi R. Consun həmmüəllifi olduğu araşdırma boşanmanın uşaqlara çox qatlı təsir göstərdiyini üzə çıxarıb. Araşdırmaçılar vurğulayıblar ki, boşanma sadəcə valideynlərin ayrılması deyil; ev təsərrüfatlarının gəlirlərinin kəskin azalması, ana və atanın iş saatının artması, yeni məhəllələrə köçməsi və ailə strukturunun pozulması kimi bir sıra zərbə effektləri yaradır.
5 yaşından kiçik uşaqlarda risk daha yüksəkdir
Araşdırma 1988-1993-cü illər arasında doğulmuş 5 milyondan çox amerikalı uşaqla bağlı federal məlumatların təhlili əsasında aparılıb. Nəticələrə görə, erkən ölüm riski 55 faiz, yeniyetmə hamiləlik ehtimalı isə uşaq hələ 5 yaşında olmadıqda valideynləri boşanan şəxslərdə 60 faiz artır.