Bakıda polisə müqavimət göstərən narkotacir ZƏRƏRSİZLƏŞDİRİLDİ


Digərləri 30 Haz 2025 09:17:00 93 0

Bakıda polisə müqavimət göstərən narkotacir ZƏRƏRSİZLƏŞDİRİLDİ

İyunun 29-da saat 23 radələrində Bakının Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər polis əməkdaşlarına müqavimət göstərməklə qaçmağa cəhd ediblər.

Son.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, 29 yaşlı Tehran Məmmədov idarə etdiyi "VAZ-2104" markalı avtomobillə "saxla" əmrinə tabe olmayıb, idarəetməni itirərək yol kənarında olan maneəyə vurduqdan sonra polis əməkdaşlarına üzərində olan bıçaqla müqavimət göstərib, avtomobildə olan digər şəxslərin qaçması üçün qanunsuz tələblər irəli sürüb.

T.Məmməda dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, polis əməkdaşı xidməti tabel silahı tətbiq etməklə onu zərərsizləşdirib, digər bir nəfər saxlanılıb.