Ziraat Bank Azərbaycan “FINTEX SUMMIT BAKU 2025 Maliyyə və Texnologiyalar Sərgisi”ndə təltif olundu


Digərləri 30 Haz 2025 16:15:00 90 0

Ziraat Bank Azərbaycan “FINTEX SUMMIT BAKU 2025 Maliyyə və Texnologiyalar Sərgisi”ndə təltif olundu

Ziraat Bank Azərbaycan "FINTEX SUMMIT BAKU 2025- Maliyyə və Texnologiyalar Sərgisi"ndə təltif olundu.

2025-ci il 24-25 iyun tarixlərində Bakı şəhərində keçirilən "FINTEX SUMMIT BAKU 2025 - Maliyyə və Texnologiyalar Sərgisi" çərçivəsində "Ziraat Bank Azərbaycan" ASC ölkə və regionun maliyyə sektorunda baş verən yeniliklərə dəstək verən aparıcı iştirakçılardan biri kimi təmsil olundu. Nüfuzlu beynəlxalq tədbirdə iştirakına və göstərdiyi dəstəyə görə "Ziraat Bank Azərbaycan" ASC Azərbaycan Banklar Assosiasiyası tərəfindən "Bank tərəfdaş" mükafatı ilə təltif edildi.

Qeyd edək ki, "FİNTEX SAMMİT 2025 - Maliyyə və Texnologiyalar Sərgisi" Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi və Visa şirkətinin qlobal tərəfdaşlığı ilə həyata keçirildi. Ziraat Bank Azərbaycanın da tərəfdaşlığı ilə keçirilən tədbir "Bankçılıq və maliyyə ekosistemində yeni trendlər: Rəqəmsal inteqrasiya, fintex tərəfdaşlıqları və kibertəhlükəsizlik" mövzusuna həsr olmuşdur. İki gün davam edən sammitdə əsas diqqət maliyyə texnologiyalarının tətbiqi, rəqəmsal ödəniş ekosistemləri, süni intellektin bankçılıqda istifadəsi, açıq bankçılıq, regtech həlləri və dinamik şəkildə inkişaf edən bank-fintex əməkdaşlıq modellərinə yönəlmişdir. Eyni zamanda, kibertəhlükəsizlik və rəqəmsal mühitdə məlumatların mühafizəsi üzrə çağırışlar da geniş müzakirə edilmişdir.

Qeyd edək ki, tədbirdə ABŞ, Avropa İttifaqı, MDB, Yaxın Şərq və Asiya-Sakit okean regionlarını təmsil edən 300-ə yaxın beynəlxalq və regional təşkilat iştirak etmişdir.